
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) Qadın Parlament Forumunun 2-ci Sessiyasında iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
Bu barədə Senzor.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında Milli Məclis sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş, Federal Milli Şuranın sədr müavini və ADPA-nın Qadın Parlament Forumunun sədri Məryam bin Thaneya, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın ADPA-nın Qadın Parlament Forumunun sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
