ATƏT-ə üzv olan 24 ölkə Gürcüstanda insan hüquqları ilə bağlı ekspert missiyası yaratdı

ATƏT-ə üzv 24 ölkə Gürcüstanda insan hüquqları sahəsində vəziyyəti öyrənmək məqsədilə ekspert missiyası yaradıb.

 

Gürcüstan mediası xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, həmin missiya Gürcüstanda insan hüquqları ilə bağlı vəziyyəti araşdıracaq. ATƏT ölkələri, həmçinin Gürcüstan hökumətini missiya ilə əməkdaşlığa və onun fəaliyyətinə dəstək göstərməyə çağırır.

 

“ATƏT-ə üzv ölkə kimi Gürcüstan insan hüquqlarının və fundamental azadlıqların qorunması üzrə öhdəliklər götürüb və bu, ölkələr arasında sülh, ədalət və rifahın təmin edilməsi üçün vacibdir”, – deyə məlumatda qeyd olunub.

 

Vurğulanıb ki, 2024-cü ilin dekabrında ATƏT-ə üzv 38 ölkə Gürcüstanla bağlı “Vyana mexanizmi”ni işə salaraq ölkədəki vəziyyətə dair narahatlıqlarını ifadə edib. Lakin həmin vaxtdan sonra Gürcüstan hökumətinin insan hüquqları sahəsində öhdəliklərə riayət etməsi ilə bağlı narahatlıqlar daha da artıb.

 

Böyük Britaniya hökuməti əlavə edib ki, 2026-cı il ərzində nümayəndə heyətləri vasitəsilə Gürcüstanla əlaqələr davam etdiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.