Rusiyanın hərbi müdaxiləsi nəticəsində ölən və yaralanan ukraynalıların sayı açıqlanıb.
Senzor.az-ın məlumatına görə, Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, hərbi əməliyyatlar nəticəsində 57 ukraynalı həlak olub, daha 169 nəfər isə yaralanıb.
Onun sözlərinə görə, tibb sistemi fasiləsiz və stabil işləyir: “Bu gün biz təklif etdik ki, ambulator şəraitdə müalicə oluna bilənlər tibb müəssisələrini tərk etsinlər. Biz bunu hərbi vəziyyətin tətbiqi ilə birlikdə bütün ərazidə etdik”.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.