Kiprdə batan gəmi ilə bağlı
2 AZƏRBAYCAN VƏTƏNDAŞI SAXLANILDI

Şimali Kipr sahillərində 267 nəfərin olduğu “Filo Jet” sərnişin gəmisinin batması ilə bağlı istintaqda yeni mərhələ başlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qəza ilə bağlı saxlanılan 9 nəfər Girnə Qəza Məhkəməsinə çıxarılıb.

 

Məhkəmə qarşısına gəminin kapitanı, 7 ekipaj üzvü və daşıyıcı şirkətin bir əməkdaşı çıxarılıb. İstintaq çərçivəsində saxlanılan şəxslərin ifadələrinin alınması və hadisənin texniki tərəflərinin araşdırılması gözlənilir.

 

Türkiyə mediasında yayılan məlumatlarda “Filo Jet”in ekipajında Azərbaycan vətəndaşlarının da olduğu deyilir. Onların Valeh Hümmətov və Rəşad İbrahimov olduğu bildirilir.

 

Xatırladaq ki, gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla 267 nəfər olub. Gəmi limandan ayrıldıqdan qısa müddət sonra ön hissəsindən su almağa başlayıb və daha sonra alabora olaraq 514 metr dərinliyə batıb. Hadisə zamanı 8 nəfərin öldüyü, 18 nəfərini isə itkin düşdüyü bildirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.