Bakı–Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - SÜRÜCÜLƏR NARAZIDIR
VİDEO

Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər isə bir neçə dəfə artıb.

 

“Xezerxeber” bildirir ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar.

 

Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıta sifariş aparırsa , əks istiqamətdə, yəni, Sumqayıtda sərnişin götürmək üçün onun bu şəhər üzrə də buraxılış kartı olmalıdır. Əks halda, sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək.

 

Sürücülər deyirlər ki, bir ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda, bu, avtomatik olaraq qiymət artımına səbəb olur. Hazırda isə qiymətlər artıb.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər.

 

Daha ətraflı videomaterialda:







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.