
Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 4-ü Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimetmə mərasimində iştirak edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu gün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.