
Tehran və Vaşinqton arasında danışıqlar İranın milli maraqları çərçivəsində aparılmalıdır.
İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib.
"Regiondakı dost hökumətlərin ABŞ Prezidentinin (Donald Tramp - red.) danışıqlar təklifinə cavab vermək xahişi fonunda mən xarici işlər nazirinə (Abbas Əraqçi - red.) uyğun şərait olduğu təqdirdə təhdidlər və əsassız gözləntilər olmadan ədalətli və bərabərhüquqlu danışıqlar aparmağı tapşırdım", - o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və İran XİN başçısı Abbas Əraqçinin fevralın 6-sı İstanbulda mümkün nüvə razılaşmasını müzakirə etmək üçün görüşəcəkləri barədə məlumat yayılmışdı.