İsrail və Azərbaycan süni intellekt sahəsində MEMORANDUM İMZALADILAR
FOTO

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıblar.

 

Senzor.az bildirir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

 

Anlaşma memorandumu İsrailin Milli Süni İntellekt İdarəsinin rəhbəri briqada generalı Erez Eskel və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən imzalanıb.

 

Müqavilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

 

Mərasimdə İsrailin Baş naziri Benyamin Netanyahu iştirak edib. 

Tərəfdaşlıq çərçivəsində əsas diqqət yüksək keyfiyyətli hesablama infrastrukturu, mühüm mülki sektorlarda süni intellektin tətbiqi və birgə tədqiqatların aparılmasına yönəldəcək.

 

Tərəflər bildiriblər ki, saziş iqtisadi inkişaf, texnoloji tərəqqi, elm və texnologiya sahəsində regional əməkdaşlığa daha geniş təsirləri olan birgə layihələr, tədqiqat proqramları və bilik mübadiləsi təşəbbüslərinə imkan verəcək. 

B. Netanyahu çıxışı zamanı qeyd edib ki, süni intellekt sadəcə gələcəyin vasitəsi deyil, müasir dövrün bir alətidir. "Biz bu sahədə qabaqcıl ölkələr arasında olmağımızı təmin etməliyik və düşünürəm ki, birlikdə daha çox və yaxşı işlər görə bilərik. Saziş Azərbaycanla yaxın münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində növbəti pillədir".

 

İsrailin Baş naziri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə xoş arzularını çatdırmağı xahiş edib və İsrailə səfərini səbirsizliklə gözlədiyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.