Avropada qaz ehtiyatlarının həcmi 40 faizdən aşağı enib
VİDEO

Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 40 faizdən aşağı düşüb.

 

Senzor.az bildirir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, fevralın 2-də anbarlardan qaz çıxarılması təxminən 742 milyon kubmetr təşkil edib və bununla da, qaz ehtiyatlarının ümumi həcmi 44 milyard kubmetrə enib. Hazırda anbarların cəmi 39 faizi doludur.

 

Ekspertlərin sözlərinə görə, anbarlarda qaz ehtiyatlarının bu dərəcədə tükənməsi regionda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədardır. Bununla yanaşı, 2026-cı ilin yanvar ayında külək generasiyasının elektrik enerjisi istehsalında payı 19 faiz təşkil edib.

 

2026-cı ilin ilk ayında Rusiya Avropaya rekord həcmdə - 2,1-2,3 milyard kubmetr maye qaz tədarük edib. “Balkan axını” kəmərində gündəlik təbii qaz tədarükü artaraq 56 milyon kubmetrə, “Türk axını” kəmərində isə 1,73 milyard kubmetrə çatıb. Amma...


Bu arada məlum olub ki, Rusiya Prezidenti Vladimir Putin Avropaya əsas resursların ixracına qadağa qoyub və bu, Aİ-də enerji və iqtisadi böhran qorxusuna səbəb olub. Belə ki, qış şiddətləndikcə Avropa ölkələri potensial qaz, neft və xammal çatışmazlığı ilə üzləşir, enerji qiymətləri artır və bütün bunlar sənaye və ev təsərrüfatlarını təhdid edir. Avropa bu şoka hazırdırmı, yoxsa Aİ tammiqyaslı qış fəlakətinə doğru gedir?

 

Ətraflı təqdim etdiyimiz videoşərhdə:

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.