Çin və ABŞ liderləri arasında telefon danışığı olub

Fevralın 4-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub.

 

Senzor.az-ın məlumatına görə, Tramp “Truth” sosial mediasında Çin lideri ilə telefon danışığı barədə məlumat verərkən apreldə Çinə səfərini səbirsizliklə gözlədiyini bildirib.

 

O, Çin lideri ilə uzun və hərtərəfli söhbətində bir çox sahələr üzrə əməkdaşlığın nəzərdən keçirildiyini qeyd edib. Tayvan məsələsi, Rusiya-Ukrayna müharibəsi, İrandakı mövcud vəziyyət də liderlərin müzakirə mövzusu olub.

 

Onun sözlərinə görə, tərəflər Çinin ABŞ mallarının idxal səviyyəsini artırması barədə razılığa gəliblər: "Çin tərəfindən ABŞ-dan neft və qazın alınmasını, Çinin əlavə kənd təsərrüfatı məhsulları, o cümlədən cari mövsümdə soya paxlası alışının həcmini 20 milyon tona çatdırmaq imkanlarını (onlar gələn mövsümdə 25 milyon ton tədarük etmək öhdəliyi götürdülər), aviasiya mühərriklərinin tədarükünü və bir çox digər məsələləri müzakirə etdik - hamısı çox müsbətdir!".

 

“Prezident Si ilə son dərəcə yaxşı münasibətlərim var və hər ikimiz bu əlaqələrin nə qədər vacib olduğunu başa düşürük. İnanıram ki, prezidentliyimin növbəti üç ilində Prezident Si və Çin Xalq Respublikası ilə bağlı bir çox müsbət nəticələr əldə ediləcək”,- deyə Donald Tramp əlavə edib.

 

Qarşı tərəfin telefon danışığına dair yaydığı rəsmi məlumatda isə bildirilir ki, Çin lideri Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu, Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcəyini, bu səbəbdən də Birləşmiş Ştatların Tayvana silah satışına ehtiyatla yanaşmalı olduğunu deyib.

 

Qeyd edək ki, rəsmi Pekin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində keçilməz ilk qırmızı xətt kimi dəyərləndirib. Çin ABŞ-ın Tayvana silah satışının "Vahid Çin" prinsipini, Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozduğunu, Tayvan boğazında sülhə və sabitliyə zərər vurduğunu, “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrə son dərəcə səhv bir siqnal göndərdiyini əvvəllər də dəfələrlə bəyan edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.