İran parlamentində ABŞ ilə danışıqlarla bağlı QAPALI MÜZAKİRƏ KEÇİRİLİB
YENİLƏNİB

İran parlamentində Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Əbdül Rəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçinin iştirakı ilə son hadisələr, danışıqlar prosesi, həmçinin ölkənin müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində vəziyyətlə bağlı qapalı müzakirə keçirilib.

 

"Mehr" agentliyi bildirir ki, bu barədə ölkə parlamentinin mətbuat katibi Abbas Qudərzi məlumat verib.

 

Onun sözlərinə görə, toplantının məqsədi İranda "diplomatiya və yerlərdə iş"in tamamilə koordinasiya olunması, razılaşdırılması və bir-birini tamamlaması kimi vacib məqamı vurğulamaq idi: "Bu iki anlayışa bir medalın iki üzü kimi baxılır".

 

A.Qudərzi əlavə edib ki, görüşdə əvvəlki danışıqlar zamanı buraxılmış səhvləri təkrarlamaqdan çəkinmək xüsusi qeyd olunub: "Deputatlar vurğulayıblar ki, danışıqlar güc və nüfuz mövqeyindən aparılmalıdır. Ölkənin nüvə sənayesinin qorunması diplomatik qrupun gündəliyində qaçılmaz "qırmızı xətt" olmalıdır. Çünki bu sahə ölkənin gələcəyi üçün həyati əhəmiyyət daşıyır və milli borcdur".

 

Mətbuat katibi həmçinin deyib ki, görüşdə İranın uranın sıfır səviyyədə zənginləşdirilməsini qəbul etməyəcəyi, bu məsələnin gələcək nəsillərin yaşamaq hüququ kimi qorunmalı olduğu da vurğulanıb: "Danışıqların yeri və çərçivəsi tamamilə İran tərəfindən müəyyən edilib".

 

A.Qudərzi eyni zamanda bildirib ki, Abbas Əraqçi İranın iqtisadi diplomatiya missiyasına, xüsusilə qonşu ölkələrlə münasibətə laqeyd yanaşmayacağını da söyləyib.


**17:56 (08.02.2026)


İran Məclisi fevralın 9-da Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların birinci raundunun aralıq nəticələrinin müzakirə olunacağı iclas keçirəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik komitəsi sədrinin müavini Abbas Moqtadaei məlumat verib.

 

Qapalı iclasda İran xarici işlər naziri Abbas Əraqçinin də iştirakı nəzərdə tutulur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.