NATO lidelərinin fövqəladə sammiti keşirilib.
TASS xəbər verir ki, liderlər zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
O, tədbirə Maslakdakı Milli Müdafiə Universitetindən onlayn olaraq qatılıb
Ukraynadakı son hadisələrə görə toplanan və mətbuata qapalı keçirilən sammitin yekununda birgə bəyanat verilib.
Bəyanatda bildirilib ki, NATO ölkələri Rusiyanın Ukraynadakı hərbi əməliyyatını pisləyir və onları dayandırmağa, Rusiyanı bütün qüvvələrini dərhal Ukraynadan çıxarmağa çağırır.
Sənəddə vurğulanır ki, NATO fövqəladə hallara cavab vermək və alyansın ərazilərini qorumaq üçün müdafiə planları hazırlayıb.
Həmçinin, qeyd olunub ki, NATO Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edəcək.
“NATO Rusiya Federasiyasının Ukraynadakı hərəkətləri ilə bağlı özünün çəkindirmə və müdafiə strategiyası üçün bütün lazımi nəticələri çıxaracaq” - sammitin bəyanatında bildirilib.
Qeyd edək ki, sammitdə Avropa İttifaqı, Finlandiya və İsveç liderləri də iştirak ediblər.