Hakan Fidan: "ABŞ İranın uranı limitlər daxilində zənginləşdirməsinə icazə verməyə hazırdır"

"ABŞ və İran nüvə məsələsində güzəştə getməyə hazırdırlar. Vaşinqton Tehranın uranın zənginləşdirilməsini tamamilə dayandırması tələbindən imtina edə bilər".

 

Bunu "Financial Times" nəşrinə müsahibəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

 

"Müsbət cəhət odur ki, ABŞ tərəfi İranda uranın zənginləşdirilməsinə aydın şəkildə müəyyən edilmiş limitlər daxilində icazə verməyə hazır görünür. İran hakimiyyətində də indi qarşı tərəflə razılığa gəlməli olduqlarını anlayırlar. ABŞ İslam Respublikasının öz limitlərinin mövcudluğunu başa düşür", - deyə türkiyəli diplomat bildirib.

 

Oxu.az xatırladır ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

 

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, nümayişçilər paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ı təqsirləndirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.