Özgür Özəl məhkəmədə ədliyyə nazirinə uduzdu – AMMA “BU, SON DEYİL” DEYİR
VİDEO

Türkiyədə məhkəmə CHP-nin keçmiş sədri, Yeni Partiyanın hazırkı rəhbəri Özgür Özəlin ədliyyə naziri Akın Gürlekə 750 min lirə (15 131 dollar) mənəvi təzminat ödəməsinə qərar verib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, İstanbul 3-cü Əsas Mülki Məhkəməsində keçirilən iclasda Gürlekin qaldırdığı təzminat iddiası qismən təmin edilib, Özəlin qarşılıqlı iddiası isə rədd olunub.

 

Akın Gürlek martın 17-də və 24-də Özgür Özəlin səsləndirdiyi fikirlərin onun şəxsi hüquqlarını pozduğunu əsas gətirərək, 1 milyon lirə (20 170 dollar) mənəvi təzminat tələb etmişdi.

 

Özəl CHP sədri olduğu dövrdə Gürlekə aid olduğunu iddia etdiyi 16 daşınmaz əmlakın çıxarış identifikasiya nömrələrini ictimaiyyətlə bölüşərək məlumatların rəsmi qeydlər əsasında araşdırılmasını istəmişdi. Gürlek isə bu iddiaların həqiqətə uyğun olmadığını və onun haqqında mənfi ictimai rəy formalaşdırmağa yönəldiyini bildirmişdi.

 

Özəl də Gürlekin açıqlamalarının şəxsi hüquqlarını pozduğunu iddia edərək 1 milyon 100 min lirəlik (22 192 dollar) qarşılıqlı iddia qaldırmışdı.

 

Məhkəmənin qərarına əsasən, Özgür Özəl Akın Gürlekə 750 min lirə (15 131 dollar) mənəvi təzminat ödəyəcək.

 

Amma Özgür Özəl qərarla razı deyil və ondan şikayət edəcəklərini bildirir.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.