
Serbiya Prezidenti Aleksandar Vuçiç Türkiyədə səfərdədir.
Senzor.az bildirir ki, Vuçiçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.
Geniş tərkibdə görüşün ardınca ikitərəfli sazişlərin imzalanma mərasimi olub. Sonda Ərdoğan və Vuçiç mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Ərdoğan xatırladıb ki, yanvarın 23-ü İstanbulda Balkan Sülh Platformasının ikinci toplantısı keçirilib və Balkanda təhlükəsizlik Türkiyə üçün önəmlidir.
Türkiyə Prezidenti təhlükəsizlik istiqamətində Serbiya ilə əməkdaşlığın artırıldığını da vurğulayıb.
Aleksandar Vuçiç də Ərdoğanın Balkan Sülh Platforması təşəbbüsünü dəstəklədiyini qeyd edib. "Hərbi əməkdaşlıq barədə danışdıq və irəliləyiş əldə olunsa, bu, regionun təhlükəsizliyinə töhfə verəcək" , - deyə Vuçiç bildirib.