
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin döyüş hazırlığını şəxsən yoxlayıb.
Senzor.az BelTA-ya istinadən bildirir ki, dövlət başçısı təcili yoxlamanın bir hissəsi olaraq Borisov rayonunda yerləşən 227-ci ümumqoşun təlim poliqonuna gəlib.
Lukaşenko əsgərlərlə görüşərək onların hazırlıq səviyyəsi və taktiki bacarıqları barədə məlumat alıb, həmçinin hərbi texnika və əməliyyat hazırlığı ilə maraqlanıb.