Sadır Japarov “çevriliş olmayacaq” dedi... – QIRĞIZISTANDA NƏLƏR BAŞ VERİR?
VİDEO

“Qırğızıstanda çevriliş və ya buna bənzər şey olmayacaq. Birincisi, qanunlar buna icazə vermir, ikincisi, belə bir zəmin yoxdur”.

 

Bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” informasiya agentliyinə müsahibəsində deyib.

 

“Ölkə güclə deyil, ağılla idarə olunmalıdır. Bir atalar sözü var: güclü əl bir nəfəri, güclü bilik isə min nəfəri məğlub edər. Qanunları oxuya bilmədikləri üçün belə yollar icad ediblər. “Mən zorla idarə edəcəyəm” deyən Bakiyev indi haradadır? Zorla idarə edən Atambayev haradadır?

 

Keçmişdən dərs çıxarmağı öyrənməliyik. Yəni ölkədə çevrilişə səbəb olacaq heç bir zəmin yoxdur və əgər gündə 24 saat varsa, mən 20 saat işdə oluram. Hər şeyi izləyirəm. Nəsə səhv gedərsə, dərhal müvafiq nazirlər, akimlər və qubernatorlara onu düzəltmək üçün göstərişlər verirəm.

 

Beş ildir tarixin ağ səhifələrində qalmaq, nəsillər və yaxınlarımı dilsiz və lal qoymamaq ümidi ilə çox çalışıram.

 

Əlbəttə, çatışmazlıqlar var, “yoxdur” demirik. Siz yüz faiz nəzarət edə bilməzsiniz, siz robot və ya kompüter deyilsiniz. Amma biz 70-80 faiz nəzarət edə bilirik”, - deyə dövlət başçısı vurğulayıb.

 

Qeyd edək ki, fevralın 10-da Japarov yaxın siyasi silahdaşı və dostu -  Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyevi və onun üç müavinini vəzifədən azad edib. O, Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin ali rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb.

 

Bundan sonra parlamentin spikeri də istefa verib.

 

Bu gün isə məlum olub ki, Qırğızıstan Prezidenti Sadır Japarov üç naziri - fövqəladə hallar naziri Boobek Ajikeyevi, nəqliyyat və kommunikasiyalar naziri Absattar Sırqabayevi, həmçinin təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevi vəzifələrindən azad edib...


Bəli, Prezident "ölkədə çevriliş olmayacaq" deyir və inamlı təsir bağışlayır. Amma eyni zamanda nələrsə baş verir və əhali çaşqınlıq içərisindədir. İnsanlar bilmək istəyirlər: ölkədə ümumiyyətlə nələr olur?









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.