Türkiyə Qara dəniz boğazını bağlayacaq
"Rəsmi Ankara Ukraynada baş verənləri müharibə kimi qiymətləndirir və bundan sonra Montrö Konvensiyasının müddəalarının yerinə yetirilməsinə nəzarət etmək niyyətindədir".
 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN Türk telekanalına açıqlamasında deyib.
 
"Montrö Konvensiyası sahilyanı və qeyri-sahil ölkələrin (Qara dənizdə-red.) hərbi gəmilərinin keçidini tənzimləyir. Türkiyə indiyə qədər konvensiyaya ciddi əməl edib, biz Montrö Konvensiyasının 19-cu maddəsini şəffaf şəkildə həyata keçirəcəyik. İlkin olaraq bu, Rusiyanın hücumu idi. Biz bunu mütəxəssislərlə, hərbçilərlə, hüquqşünaslarla qiymətləndirdik. İndi bu, müharibəyə çevrilib. Bu, hərbi əməliyyat deyil, müharibədir”, - nazir vurğulayıb.
 
Çavuşoğlu deyib ki, Avropa Şurasının Rusiya ilə əlaqələri kəsməsində fayda yoxdur, Türkiyə dialoqun tərəfindədir: "Türkiyənin sanksiyalarda (Rusiyaya qarşı) iştirak etməməsi ilə bağlı iddialar doğru deyil. Biz Rusiyanın hücumlarını qəbul etmədiyimizi söylədik. Məqsədimiz dialoqun olmasıdır. Ukraynaya dəstəyimizi açıq şəkildə ifadə etmişik. Biz dialoqun dayandırılması qərarını qəbul etməməliyik. Rusiya ilə əlaqələri kəsməkdə Avropa Şurasına hansısa bir fayda varmı? Yox!".(“Report”)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.