Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanıldı – 3-ü DÜNƏN YARALANIB
“Ukraynada olan azərbaycanlı sürücülərin təxliyəsinə başlanılıb”.
 
Senzor.az bildirir ki, bu barədə “Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası” (ABADA) İctimai Birliyindən məlumat verilib.
 
Bildirilib ki, ilkin olaraq, Odessa şəhərində cəmləşən 6 yük nəqliyyat vasitəsinin Moldovaya keçidi təmin edilib: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti və ABADA-nın aidiyyəti qurumlarla apardığı danışıqların nəticəsi olaraq, bu gün də Odessa limanı ərazisində olan sürücülərin eyni istiqamətə yola düşməsi gözlənilir.
 
Kiyev, Xarkov və digər regionlarda cəmləşən sürücülərin təxliyəsi istiqamətində də işlər görülür. Həmin sürücülərlə mütəmadi olaraq əlaqə saxlanılır. Onların qayğıları ilə maraqlanılır. ABADA rəhbərliyinin tapşırığı ilə yanacaq problemi yaşayan bəzi sürücülərin bu problemi də həll edilib”.
 
Xatırladaq ki, ötən gün Xarkov şəhərinin atəşə tutulması nəticəsində 3 azərbaycanlı sürücü - Samir Sürəddin oğlu Tahirov, Yusif Asif oğlu Bayramov və Nadir Qadir oğlu Əsgərzadə xəsarət alıblar. Xoşbəxtlikdən onların həyatı üçün təhlükə yoxdur. N.Əsgərzadəyə ambulator yardım edilib. Digər iki sürücü isə hazırda Xarkov şəhər mərkəzi xəstəxanasında müalicə alır. Həmin şəxslər rəsmi orqanlar, səfirlik tərəfindən diqqətdə saxlanılırlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.