Şimal və Sakit Okean donanmaları, eləcə də uzaqmənzilli raketlərlə təchiz olunmuş aviasiya gücləndirilmiş heyətlə hazır vəziyyətə gətirilib.
“RİA Novosti” bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu məlumat verib.
“Strateji qüvvələrin komandanlıq məntəqələrində növbətçilik tətbiq olunur. Raket Qoşunları, Şimal və Sakit Okean donanmaları və Uzaqmənzilli Raketli Aviasiya Komandanlığı gücləndirilmiş heyətin döyüş növbətçiliyinə başlayıb”, - deyə o bildirib.
Qeyd edək ki, Vladimir Putin fevralın 27-də müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə nüvə qüvvələrinin (çəkindirici qüvvələr) döyüş hazırlığı vəziyyətinə gətirilməsinə dair əmr verib.
O, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, bu, Qərbin aqressiv bəyanatları ilə bağlıdır.