“Rusiya NATO-su” İRANI DƏSTƏKLƏDİ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Yaxın Şərqdəki vəziyyətlə bağlı bəyanat yayıb.

 

Senzor.az bildirir ki, təşkilatın Parlament Assambleyası Şurası regionda, xüsusilə İran ərazisinə endirilən hərbi zərbələr fonunda yaranmış gərgin vəziyyətdən ciddi narahatlığını ifadə edib.

 

Bəyanatda bütün tərəflər təmkinli olmağa çağırılıb. Eyni zamanda, BMT-yə müraciət edilərək beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin qarşısını almaq üçün təxirəsalınmaz addımlar atmağa çağırış olunub.

 

KTMT vurğulayıb ki, İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün qorunması vacibdir. Təşkilat həmçinin İran hökuməti və xalqı ilə həmrəylik nümayiş etdirdiyini bildirib.

 

Bununla yanaşı, bəyanatda baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.