Rusiya-Ukrayna danışıqları: ikinci raund sabah Belovejskdə keçiriləcək - YENİLƏNİB
Ukrayna nümayəndə heyəti Rusiya tərəfi ilə danışıqlara göndərilib, görüş martın 3-də gözlənilir.
 
TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna ilə danışıqların ikinci raundundan əvvəl jurnalistlərə deyib.
 
"Ukrayna nümayəndə heyəti artıq Kiyevi tərk edib və yoldadır. Biz onları sabah gözləyirik", - o deyib.
 
Onun sözlərinə görə, Rusiya və Ukraynanın nümayəndə heyətləri Belovejskdə danışıqlar aparmaq barədə birgə qərar qəbul ediblər.
 
**14:26

“Rusiya nümayəndə heyəti bu gün axşam saatlarında Belarusda- danışıqların aparılacağı yerdə ukraynalı nümayəndələri gözləyəcək”.
 
“RİA Novosti” bildirir ki, bu açıqlama ilə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
 
“Bu gün günortadan sonra bizim nümayəndə heyətimiz ukraynalı heyəti gözləyəcək. Ümidvarıq ki, onlar gələcəklər”, - deyə D.Peskov bildirib.
 
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinə yenə də ölkə Prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək. 
 
Lakin D.Peskov heyətə kimlərin daxil olduğunu açıqlamayıb.
 
“Sputnik Belarus” isə xəbər yayıb ki, Ukrayna tərəfi hələlik danışıqlar yerinə gəlməyib.
 
O da bildirilib ki, danışıqların ləğv edilməsi nəzərdə tutulmur, amma onun ertələnməsi istisna da olunmur.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.