Zelenski Rusiya ordusunun itkilərini açıqladı - "BİR HƏFTƏDƏ TƏXMİNƏN 9 MİN NƏFƏR ÖLDÜRÜLÜB”
Ukrayna Prezidenti Volodimir Zelenski martın 3-nə keçən gecə xalqa növbəti dəfə müraciət edib və Rusiya ordusunun itkilərini açıqlayıb.
 
Senzor.az bildirir ki, müraciətin videogörüntüsü Ukrayna dövlət başçısının teleqram kanalında yayımlanıb.
 
"Bir həftə ərzində təxminən 9 min rusiyalı öldürüldü. Nikolayev istiqamətində onlar helikopterlərlə 19, 20 yaşlı 200-300 nəfər hərbçinin meyitlərini aparmalı oldular", - Zelenski bildirib.
 
Zelenski deyib ki, Ukrayna xalqı bir həftə ərzində düşmənin planlarını pozub: “Biz onları dayandırdıq və əzdik. Biz düşmənin planlarını bir həftədə pozan xalqıq. İllərlə qurulan planlar. Yəni ölkəmizə, xalqımıza, ürəyində azadlıq olan hər bir insana nifrətlə hesablanmış...(planları-red). Amma biz onları saxladıq və əzdik”, - Prezident vurğulayıb.
 
Zelenski əlavə edib ki, hərbçilərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından başqa, hətta sadə ukraynalılar da hər gün rus əsgərlərini əsir götürür: "Və onlar yalnız bir şey deyirlər. Nə üçün burada olduqlarını bilmirlər".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.