“LUKoyl” Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırdı

Rusiyanın “LUKoyl” şirkətinin Direktorlar Şurası Ukraynada hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Direktorlar Şurasının şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə ünvanlandığı müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunur, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilir.

Qeyd olunur ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır. “LUKoyl” öz fəaliyyətində sülhün, beynəlxalq münasibətlərin və humanitar əlaqələrin möhkəmlənməsinə səy göstərir”, - deyə müraciətdə vurğulanır.

Xatırladaq ki, Rusiyanın ikinci böyük neft şirkəti olan “LUKoyl”un Direktorlar Şurasına 11 nəfər, o cümlədən Azərbaycan əsilli iş adamı, şirkətin prezidenti Vahid Ələkbərov da daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.