NATO Ukrayna səmasını bağlamayacaq və... MÜHARİBƏNİN BİRBAŞA İŞTİRAKÇISI OLMAYACAQ
NATO müttəfiqləri hər zaman Ukraynanı dəstəkləyiblər və çətin zamanda müttəfiqlər bu dəstəyi daha da gücləndiriblər.
 
Senzor.az bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə iclasından sonra keçirilən mətbuat konfransında deyib.
 
Baş katibin sözlərinə görə, Ukrayna səmasının bağlanması məsələsi NATO XİN rəhbərlərinin iclasında müzakirə olunub: “NATO müttəfiqləri razılaşırlar ki, Ukraynanın hava sərhədləri daxilində fəaliyyət göstərən NATO təyyarələri və Ukrayna ərazisində NATO qoşunları olmamalıdır”.
 
Baş katib onu da deyib ki, Alyans Rusiyaya ağır sanksiyalar tətbiq edir: “Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək. Ukraynaya dəstəyimiz davam edir. Amma biz heç bir halda müharibənin birbaşa iştirakçısı olmayacağıq. Bu, dünya üçün daha böyük təhlükə yarada bilər. Rusiya beynəlxalq ictimaiyyət arasında qınanılır. Putin məsələnin həlli üçün diplomatiya yolunu seçməlidir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.