Putin vacib açıqlamalar verəcək - MÜHARİBƏ DAYANIR?

Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumunda mühüm açıqlamalarla çıxış edəcək.

 

TASS bu barədə Rusiya Prezidentinin müşaviri və forumun Təşkilat Komitəsinin məsul katibi Anton Kobyakova istinadən məlumat yayıb.

 

Kobyakov bildirib ki, Putin plenar iclasda çıxış edərkən onun açıqlamalarına hər zaman xüsusi diqqət yetirilir.

 

“Çoxlu mühüm açıqlamalar olacaq. Əlbəttə, Qərbə dövlət başçısının çıxışını izləmək tövsiyə olunur”, - deyə Kobyakov vurğulayıb.

 

Şərq İqtisadi Forumu sentyabrın 1-dən 4-dək Vladivostok şəhərində, Rusiyanın Uzaq Şərq Federal Universitetinin Russki adasındakı kampusunda keçiriləcək.

 

2026-cı ildə forumun əsas mövzusu “Uzaq Şərq – insanların rifahı naminə inkişaf” olacaq.

 

Qeyd edək ki, Putin avqust ayında ilk dəfə Kuril adalarına səfər edib. Rusiya Prezidenti burada rusların “genetik kodu” barədə danışaraq, “Bizim belə insanlarımız var. Qaliblərin genetik kodu” ifadəsini işlədib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.