Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı AÇIQLAMA YAYDI

Xəbər verildiyi kimi, avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində hovuzda su nasosunda sıxılı vəziyyətdə qalan 4 yaşlı Abdullayev Akif Cavid oğlu həyatını itirib.  

 

Senzor.az bildirir ki, bununla bağlı iş adamı, həmin Mərkəzin sahibi Emin Ağalarov şəxsi instaqram səhifəsində paylaşım edib.

 

Paylaşımda deyilir: ““Sea Breeze” ərazisindəki akvaparkda baş vermiş faciəvi hadisə nəticəsində bir uşaq həyatını itirib. 

 

Şəxsən öz adımdan, bütün “Sea Breeze” komandasının adından ailəyə ən dərin və səmimi başsağlığı verirəm. Belə bir anda valideynlərin və yaxınların ağrısını yüngülləşdirə biləcək heç bir söz yoxdur. 

 

Hazırda baş verənlərin bütün halları, o cümlədən uşağın hovuzun texniki zonasına - çəpərlərin arxasında su nasoslarının işlədiyi əraziyə necə düşməsinin səbəbləri araşdırılır.

 

Biz öz tərəfimizdən istintaqa hər cür yardım göstəririk.

 

Uşaqların və böyüklərin təhlükəsizliyi “Sea Breeze” üçün həmişə qeyd-şərtsiz prioritet və öhdəlik olub, olaraq qalır. Kurortun bütün zonaları, obyektləri FHN və müvafiq qurumlar tərəfindən mütəmadi olaraq yoxlanılır. Akvapark üçüncü mövsümdür ki, fəaliyyət göstərir və bu müddət ərzində 350 min nəfərdən çox qonağı qəbul edib.

 

Baş verənlərlə əlaqədar bütün təhlükəsizlik tədbirləri əlavə olaraq yenidən yoxlanılacaq və gücləndiriləcək.

 

“Sea Breeze” komandası, şəxsən mən ailəyə bütün lazımi dəstəyi və yardımı göstərəcəyik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.