İndoneziyada dağıdıcı zəlzələ: ölənlərin sayı 38-ə çatıb - YENİLƏNİB, VİDEO/ FOTO


İndoneziyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 38-ə çatıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin rəhbəri Suharyanto məlumat verib.

 

Qeyd edək ki, maqnitudası 7,7 olan zəlzələ Flores adası yaxınlığında baş verib. İlkin təkanın ardınca çoxsaylı afterşoklar qeydə alınıb. Zəlzələ nəticəsində yaşayış evləri və müxtəlif tikililər dağılıb, yollarda sürüşmələr baş verib.



**11:18


İndoneziyanın Flores adası sahillərində 7,7 bal gücündə zəlzələ olub.

 

Senzor.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. 

 

Qeyd olunub ki, yeraltı təkanlar Labuan Bajo şəhərindən 162 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

 

Xilasetmə xidmətlərindən verilən ilkin məlumat görə, zəlzələ nəticəsində 20 nəfər həyatını itirib. Həmçinin, altı nəfərin xəsarət aldığı və iki nəfərin dağıntılar altında qaldığı bildirilir.

 

Güclü yeraltı təkanlarla bağlı sunami xəbərdarlığı elan olunub. "The Straits Times" nəşrinin xəbərinə görə, Flores adasının şimal sahilləri boyunca, həmçinin cənub rayonları, adaları və bütün cənub bölgəsində yaşayan əhaliyə dərhal təxliyə olunmaq və sahil xəttindən uzaqlaşmaq tövsiyəsi verilib.




Digər xəbərlər.

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.