Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı
VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və ölkədə miqrasiyanın miqyasını kəskin tənqid edərək, Britaniyanı “İslam Respublikası Britaniya” adlandırıb.

 

Netanyahu İsrail podkastına müsahibəsində müasir Britaniyada İsrail tarixinin obyektiv və ya müsbət işıqlandırılmasına rast gəlməyin mümkün olmadığını bildirib.

 

O, keçmişdə vəziyyətin fərqli olduğunu qeyd edərək, Uinston Çörçillin nəvəsinin 1967-ci ildə baş vermiş Altıgünlük müharibəni necə işıqlandırdığını xatırladıb.

 

İsrail hökumətinin başçısı Avropada baş verən demoqrafik və siyasi dəyişikliklərə də toxunaraq, sərt ifadələr işlədib.

 

“Biri demişdi ki, nüvə silahına malik ilk İslam Respublikası "İslam Respublikası Britaniya" olacaq. Buna görə də İranın belə bir imkana sahib olmaması üçün əlimizdən gələni edirik”, - deyə Netanyahu bildirib.

 

Qeyd edək ki, Netanyahunun bu açıqlamaları Qəzza müharibəsi fonunda Londonla Təl-Əviv arasında münasibətlərdə davam edən gərginlik şəraitində səslənib. Böyük Britaniya hökumətinin İsrailin Qəzzadakı əməliyyatlarını tənqid etməsi və Fələstini rəsmi şəkildə tanıması iki ölkə arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.

 

Modern.az xatırladır ki, Netanyahu daha əvvəl Böyük Britaniyanın hakim Leyboristlər Partiyasının rəhbərliyini HƏMAS-a faktiki olaraq güzəştə getməkdə də ittiham edib.

 

Senzor.az oxucularına İsrail Baş nazirinin qalmaqala səbəb olmuş həmin açıqlaması ilə bağlı video təqdim edir. Videoda Netanyahunun "İslam Britaniyası" ilə bağlı mübahisəli açıqlaması, onun arxasındakı immiqrasiya mübahisələri, İngiltərənin müsəlman əhalisinin reaksiyası və İsrail Baş nazirinin məsələni İranın nüvə ambisiyaları ilə necə əlaqələndirdiyi və s. nəzərdən keçirilir...







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.