Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi
YENİLƏNİB, VİDEO/ FOTO

"Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.

 

Senzor.az bildirir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. 

 

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurublar.

***

Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb.

**

Qeyd edək ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi artıq dəqiqləşib. Azərbaycan təmsilçisi bu raundda Niderlandın "Tvente" kollektivi ilə üz-üzə gələcək. Belə ki, komanda III təsnifat mərhələsində DAK 1904 (Slovakiya) klubunu iki oyunun nəticəsinə əsasən məğlub edib - 6:0, 3:3.

 

**12:10


Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

 

Senzor.az bildirir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək. 

 

Matç Tofiq Bəhramov adına Respublika Stadionunda, saat 20:00-da start götürəcək. Oyunun baş hakimi ingiltərəli Stüart Etuel olacaq.

 

Qeyd edək ki, komandalar arasında ilk oyun Polşada keçirilib və kiyevlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.