Günəşdə güclü partlayışlar gözlənilir

Növbəti iki gün ərzində - avqustun 14 və 15-də Günəşdə M sinfindən olan partlayışlar gözlənilir. Bu, güc baxımından Günəş partlayışlarının sondan əvvəlki sinfidir.

 

TASS bildirir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

"Günəşdə partlayış aktivliyi avqustun 14 və 15-də əsasən aşağı olacaq, M sinfindən olan partlayışlar gözlənilir", - deyə məlumatda bildirilib.

 

Oxu.az xatırladır ki, Günəşdə baş verən partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.

 

Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur. Bu emissiyaların yaratdığı buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.