
"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb.
Sportal.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi ötən gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.
34 yaşlı futbolçu 2018-ci ildə Fransanın “Lans” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrildi və komandanın kapitanı idi.
Məlumata görə, fransalı futbolçu ötən gün Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçunun bundan sonra Qətərin “Əl-Şahaniya” klubunda çıxış edəcəyi gözlənilir.