
ABŞ Prezidenti Donald Tramp siyasi rəqiblərinə Demokratlar Partiyasından prezidentliyə yenidən Kamala Harrisin namizədliyini irəli sürmələrini təklif edib.
Senzor.az bildirir ki, Amerika lideri bu barədə Nassau Şəhər Polis Akademiyasında keçirilən rəsmi tədbirdə çıxış edərkən danışıb.
Tramp qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyasında vitse-prezident vəzifəsində çalışan Harris, digər məsələlərlə yanaşı, sərhəd nəzarətinə də cavabdeh idi.
"Amma o, heç vaxt sərhədə getməyib, Gömrük və Sərhəd Mühafizəsinə zəng etməyib. Amma o, qalan işlərini gözəl görüb", - deyə Tramp istehza ilə vurğulayıb.
"O, əla namizəd idi. Düşünürəm ki, onun namizədliyini yenidən irəli sürməlidirlər", - Amerika lideri əlavə edib.
Xatırladaq ki, Donald Tramp 2024-cü ilin noyabrında keçirilən səsvermədə demokrat namizəd Kamala Harrisi məğlub edərək ikinci müddətə Ağ Evin rəhbəri seçilib.