
Pakistanın Baş naziri Şahbaz Şərif Astanaya dövlət səfəri edəcək.
"Akorda" xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistanın Müstəqillik Günü münasibətilə İslamabada ünvanladığı təbrik məktubundan belə məlum olur.
K.Tokayev Pakistanın dayanıqlı inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ikitərəfli və beynəlxalq gündəliyin geniş spektrli məsələləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.
Qazaxıstan Prezidenti, həmçinin Şahbaz Şərifin Astanaya qarşıdan gələn dövlət səfərini səbirsizliklə gözlədiyini və bu səfərin iki ölkə arasında əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb.
K.Tokayev Pakistan Prezidenti Asif Əli Zərdariyə və Şahbaz Şərifə fəaliyyətlərində uğurlar, Pakistan xalqına isə firavanlıq və tərəqqi arzulayıb.