Buğda və pambıq əkənlərə
ƏLAVƏ PUL ÖDƏNİLƏCƏK

Torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasından yararlanan fermerlərə əlavə subsidiya ödəniləcək.

 

Senzor.az bildirir ki, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni dövlət dəstəyi mexanizmlərinə əsasən, bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkini aparılacağı halda, əkin subsidiyasına əlavə ödəniş tətbiq olunacaq.

 

Belə ki, buğda əkinindən əvvəl sahədə lazer hamarlama texnologiyasından istifadə edildiyi ilk il əkin subsidiyası 250 AZN/ha artırılacaq.

 

Pambıqçılıq rayonlarında isə azı 5 hektar pambıq əkinindən əvvəl lazer hamarlama tətbiq edilərsə, ilk il məhsul subsidiyasına 50 AZN/ton əlavə ödəniləcək.

 

Lazer hamarlama aparılan sahələr EKTİS-də bəyan ediləcək. Həmin sahələrin monitorinqi zamanı rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.