
Rusiya və Şimali Koreya (KXDR) Tumannaya çayı üzərindən keçən avtomobil körpüsündə nəqliyyatın hərəkətini açıblar.
Senzor.az bildirir ki, körpüdən keçməyə icazəni Rusiyanın Baş naziri Mixail Mişustin və KXDR Nazirlər Kabinetinin sədri Pak The Son birlikdə videokonfrans vasitəsilə veriblər. 
Qeyd edək ki, körpünün tikintisi ilə bağlı müqavilə 2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə imzalanıb. İşə 2025-ci ilin yazında başlanılıb(Bax: https://www.youtube.com/shorts/YZ0hFg2Mzhg).