Kim Çen In: 8 aydan sonra dünyaya yeni gücümüzü göstərəcəyik - VİDEO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində yeni mərhələnin səkkiz ay ərzində başa çatdırılacağını bəyan edib.

 

Senzor.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

 

Kim Çen In deyib ki, KXDR hazırda Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi ilə bağlı mühüm planları həyata keçirir: “Səkkiz aydan sonra bunu dünyaya bir daha sübut edəcəyəm”.

 

Onun sözlərinə görə, planlara müasir döyüş gəmilərinin tikilməsi və istismara verilməsi, gəmiqayırma müəssisələrinin modernləşdirilməsi, Hərbi Dəniz Qüvvələrinin yenidən təşkili və yeni hərbi bölmələrin yaradılması daxildir.

 

Şimali Koreya lideri güclü donanmanın ölkənin müstəqilliyini və dəniz suverenliyini qorumaq üçün vacib olduğunu xüsusi vurğulayıb.

 

Qeyd edək ki, Pxenyan 2021-ci ildə nüvə enerjisi ilə işləyən sualtı qayığın hazırlanması və tikintisini qarşıya məqsəd qoyub.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.