Tramp Almaniyada millətçilərin qələbəsini alqışladı:
VAU!

ABŞ Prezidenti Donald Tramp Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasının Saksoniya-Anhalt əyalət parlamentinə seçkilərdəki nəticəsini alqışlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, səsvermədən iki gün sonra - sentyabrın 8-də “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

 

“Vau! Almaniyada populist partiya üçün həqiqətən də böyük gecə oldu”, - deyə Tramp bildirib.

 

Tramp paylaşımında partiyanın adını birbaşa qeyd etməyib. Lakin yazdıqlarından söhbətin AfD-dən getdiyi aydın olur.

 

ABŞ liderinin sözlərinə görə, partiya və onun tərəfdarları Almaniyaya ciddi zərər vuran “tamamilə dəhşətli miqrasiya qaydalarından” beziblər.

 

Senzor.az xatırladır ki, 15 siyasi partiyanın qatıldığı seçkilərdə AfD 43,8 faiz səslə qələbə qazanaraq əyalət parlamentindəki 83 deputat mandatından 39-na sahib olub. Kansler Mertsin partiyası – CDU 17,2 faizlə ikinci olub. Sosial Demokratlar Partiyası (SPD) 9,3, Yaşıllar Partiyası 8,9, Sol Partiya 8,6 faiz səs toplayıb. Sahra Vaqenknext İttifaqı (BSW) 5,3 faiz səs yığa bilib. İndiyədək əyalət hökumətində təmsil olunan Azad Demokratlar Partiyası (FDP) isə 2,6 faiz səslə əyalət parlamentinə daxil olmaq üçün tələb olunan həddi keçə bilməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.