Tbilisi Avropa İttifaqını Gürcüstan hakimiyyətini
DEVİRMƏYƏ CƏHDDƏ İTTİHAM ETDİ

“2025-ci il oktyabrın 4-də Gürcüstanda hakimiyyəti devirməyə cəhd Avropa İttifaqından (Aİ) “yaşıl işıq” yandırıldıqdan sonra həyata keçirilib”.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

 

“Gürcüstan hakimiyyətinə qarşı aksiyalar qismən Aİ-nin pulları ilə maliyyələşdirilir. Bura “Molotov kokteylləri”ndən istifadəyə haqq qazandıran və bunu təşviq edən kampaniya da daxildir. Məhz Brüsseldən “yaşıl işıq” yandırıldıqdan sonra ötən il oktyabrın 4-də hakimiyyəti devirmək üçün uğursuz cəhd edildi”, - spiker bildirib.

 

Şalva Papuaşvili Avropa İttifaqının Gürcüstana qarşı siyasətinin dalana dirəndiyini iddia edib.

 

O, hesab edir ki, Aİ Gürcüstanla münasibətləri normallaşdırmaq istəyirsə, aqressiv ritorikaya son qoymalı və iflasa uğramış inqilab ssenarisinə informasiya dəstəyini dayandırmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.