Si Cinpin: Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməməlidirlər

Çin və ABŞ münaqişə və qarşıdurmaya yol verməməlidirlər.

 

Senzor.az bildirir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşdən əvvəl Ağ Evin foyesində çıxışı zamanı deyib.

 

“Biz münaqişə və qarşıdurmaya yol verməmək xəttini mütləq qorumalıyıq. Birlikdə yaşadığımız bu planetdə iki böyük ölkənin qarşılıqlı münasibətləri üçün düzgün yolu, şübhəsiz ki, tapa bilərik”, – deyə Si Cinpin bildirib.

 

Çin lideri Donald Trampla birlikdə Çin-ABŞ münasibətlərini gələcəyə doğru sabit istiqamətdə aparmağa hazır olduğunu da vurğulayıb.

 

Si Cinpin onu da bildirib ki, Çin və ABŞ süni intellektin daim insan nəzarəti altında qalmasını təmin etməlidirlər: “Biz süni intellekti yaxşı məqsədlər üçün inkişaf etdirmək və idarə etmək, onun daim insan nəzarəti altında qalmasını və insanların rifahına xidmət etməsini təmin etmək imkanına və məsuliyyətinə malikik”.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.