
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdiyini bəyan edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Vuçiç prezident səlahiyyətlərini bazar ertəsi Milli Assambleyanın sədri Ana Brnabiçə təhvil verəcəyini bildirib.
Brnabiç yeni prezident seçilənədək dövlət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək(Bax: https://www.youtube.com/shorts/ZsqRPO5YkU8).
Konstitusiyaya əsasən, yeni prezident seçkiləri dekabrın 27-dək keçirilməlidir.
Serbiyada növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsi planlaşdırılır. Vuçiç hakim Serbiya Tərəqqipərvər Partiyasının siyahısına rəhbərlik edəcək və Baş nazirliyə namizəd olacaq.