ABŞ səfiri: Tramp Si Cinpinə Amerika silahı almağı təklif edib

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşü zamanı ona Amerika istehsalı silahlar almaq istəyib-istəmədiyini soruşub.

 

Bu barədə ABŞ-ın Çindəki səfiri Devid Perdyu “Fox News” telekanalına açıqlamasında bildirib.

 

Səfirin sözlərinə görə, Tramp Si Cinpinə ABŞ-ın dünyanın müxtəlif ölkələrinə silah satdığını deyərək, Çinin də Amerika silahları almaq istəyib-istəmədiyini soruşub.

 

Perdyu Vaşinqtonun Pekinlə münasibətləri yaxşılaşdırmaq məqsədilə Tayvana silah satışını məhdudlaşdırması barədə iddianı “tamamilə yanlış” adlandırıb. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq Tayvana 11 milyard dollar dəyərində silah satışını təsdiqləyib və yeni razılaşmaları müzakirə edir.

 

Səfir əlavə edib ki, Tramp və Si Cinpin hər görüşdə Tayvana silah tədarükü məsələsini müzakirə edirlər.

 

ABŞ qanunvericiliyi isə müdafiə məhsulları və xidmətlərinin Çinə ixracını və reeksportunu məhdudlaşdırır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.