Macarıstan Ukraynaya hərbi yardım göstərməkdən İMTİNA EDİB

Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək və ölkə ərazisindən silah tranzitinə icazə verməyəcək.

 

Yerli “Index” nəşrinin məlumatına görə, bunu Macarıstanın Baş naziri Peter Madyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində deyib.

 

Madyar vurğulayıb ki, Budapeştin mövqeyi Ukraynaya silah tədarükünü, eləcə də digər ölkələrdən göndərilən silahların Macarıstan ərazisindən tranzitini istisna edir.

 

Baş nazir Ukraynanın Zakarpatye vilayətində yaşayan macar azlığının hüquqlarının qorunmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı artıq razılıq əldə olunub.

 

“Teleqraf” xatırladır ki, Madyar iyul ayında Ankarada keçirilən NATO sammitində Macarıstanın yeni hökumətinin Ukraynaya humanitar yardım göstərməyə davam edəcəyini, lakin silah tədarük etməyəcəyini bəyan etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.