
Ağ Evin yeni mətbuat katibi Keti Zakariya oktyabrın 13-də Bakı vaxtı ilə saat 17:30-da jurnalistlər üçün ilk brifinqini keçirəcək.
Senzor.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Keti Zakariya oktyabrın 12-də vəzifəsinin icrasına başlayacaq, ertəsi gün isə Ağ Evin brifinq zalında ilk mətbuat konfransını keçirəcək.
"Keti ilk gündən mənim tərəfimdə olub və işinin öhdəsindən əla gələcək!", - deyə Tramp vurğulayıb.