
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) həhbəri Dmitro Kuleba öz “Tvitter” səhifəsində yazıb.
“Xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefonla danışdım. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. Ona, İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü barədə iddiaları təkzib etdiyinə, Ukraynaya tibbi briqada göndərdiyinə görə minnətdaram”, - nazir bildirib.
