İlham Əliyevə məktub yazan türkiyəli məktəblilər Füzuli və Şuşada olublar - FOTO
Türkiyənin Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri arzularına çatıblar-Qarabağa səfər ediblər.
 
Senzor.az xatırladır ki, Türkiyə məktəbliləri Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa ora səfər etməyi arzu etdiklərini bildirmişdilər. 
 
Məktuba dərhal reaksiya verildi və dövlət başçısının tapşırığı ilə məktubu yazan Kastamonu şəhərinin Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdləri Azərbaycana dəvət edildilər. 
 
Artıq onlar Azərbaycana gələrək bir sıra yerlərdə, o cümlədən Füzuli və Şuşada olublar. 
 
Şagirdlər deyib ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İlham Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar...
 
Məktəblilər 4 gün paytaxtda, ötən gecə isə Şuşa şəhərində gecələyiblər. Onların sabah öz ölkələrinə qayıdacağı gözlənilir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.