Boris Conson Hindistana gedir
BAŞ NAZİR KİMİ İLK DƏFƏ
Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 21-22-də Hindistanda rəsmi səfərdə olacaq.
 
Baş nazirin ofisinin yaydığı bəyanatda deyilir ki, Consonun Britaniya hökumətinin başçısı kimi Hindistana ilk səfəri qlobal iqtisadi çağırışlar və avtoritar dövlətlərdən gələn təhdidlər qarşısında sülh və rifah naminə uzunmüddətli tərəfdaşlığı dərinləşdirmək məqsədi daşıyır.
 
Aprelin 21-də Böyük Britaniyanın Baş naziri ölkənin qərbində yerləşən Əhmədabad (Qucarat) şəhərinə səfər edəcək, burada yerli işgüzar dairələrin nümayəndələri ilə görüşəcək. Hindistan əsilli britaniyalıların təxminən yarısının bu bölgədən gəldiyi vurğulanır.
 
Aprelin 22-də Conson Nyu-Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə müdafiə, diplomatiya və iqtisadiyyat sahəsində əməkdaşlıq məsələlərini əhatə edəcək danışıqlar aparacaq. Britaniya hökumətinin başçısı ümid edir ki, Hindistana səfər Londonun hesablamalarına görə, 2035-ci ilə qədər hər il 28 milyard funt-sterlinqə (36,5 milyard dollar) çatmalı olan ölkələr arasında azad ticarət sazişinin bağlanması ilə bağlı müzakirələri sürətləndirəcək.(“Report”)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.