
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağ üzrə razılaşmaların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcəklər.
"Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılması planlaşdırılır", - məlumatda deyilir.