
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Liderlər Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinin və üç liderin noyabrın 10-da imzaladığı razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin tərəfdarı olduqlarını bildiriblər”, - bəyanatda deyilir.

Tərəflər, həmçinin regionun bütün ölkələri arasında dialoqun və çoxşaxəli əməkdaşlığın təşviqi üçün əlavə imkanlar təmin etmək üçün nəzərdə tutulmuş 3+3 əməkdaşlıq formatının uğurla fəaliyyətə başladığını qeyd ediblər.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçirilib.