
FHN-dən senzor.az-a bildirilib ki, iclasda çxış edən nazir Kəmaləddin Heydərov Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətindən, xüsusilə ticarət, xidmət, istehsal sahələrində aidiyyəti üzrə təhlükəsizliyə nəzarətin təmin edilməsi məsələlərindən danışıb. Bu məqsədlə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayan nazir həlli vacib məsələləri qeyd edib.
Sonra Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.